Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb.

Sport24.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirən yığmalar hazırlığın ikinci mərhələsini Özbəkistan komandası ilə birgə keçirəcək.

Kollektiv Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlimlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq.

Məşqlərə qadınlardan Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova və Qönçə Hüseynli, kişilərdən isə Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İskəndərov, Taleh Süleymanov, Gaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edilib.

Hazırlıq prosesi mayın 8-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatı 19-22 mayda Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.