Noyabr 23-24-də Belçikanın Antiverpen şəhərində fullkontakt kyokuşin karate üzrə 2-ci Avropa kuboku keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan yığması yarışa 8 idmançı ilə yollanıb.

 

Karateçilərimiz beynəlxalq turnirdə Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev yarışda ədaləti qoruyacaq. Nümayəndə heyətimizə AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov başçılıq edəcək.

 

Qeyd edək ki, Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaqlar.