Azərbaycan triatlonçusu Rostislav Pevtsov olimpiya reytinqində 11 pillə irəliləyib.

Sport24.az xəbər verir, buna 35 yaşlı idmançının Çilidə keçirilən Dünya Kubokunun Vina Del Mar mərhələsində 11-ci yeri tutması səbəb olub.

O, hazırda 48-ci sırada qərarlaşıb. Reytinqdə 55 ən yaxşı idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.