Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində badminton üzrə Avropa çempionatına start verilib.

Sport24.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayacaq Azərbaycan badmintonçusu Edi Reski Dviçayo kişilərin şəxsi yarışında ilk görüşünü İrlandiya təmsilçisi Nhat Nguyenə qarşı keçirəcək.

Kişi badmintonçuların qoşa yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi isə 1/16 final mərhələsində Covanni Qreko - Kevin Strobl (İtaliya) qoşası ilə qarşılaşacaq.

Hər iki görüş sabah keçiriləcək.