Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə  işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib. Sport24.az xəbər verir ki, AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 14 580 manat  vəsaiti könüllü olaraq  Prezident İlham Əliyevin Fərmanı ilə yanvarın 4-də yaradılan “Qarabağ Dirçəliş Fondu”na köçürüb.
Dövlət başçısının məlum Fərmanında qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin və ya qurumun göstərəcəyi dəstəyi tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfədir.  
AMADA kollektivi bir daha Ali Baş Komandan İlham Əliyev başda olmaqla  Vətən müharibəsində şanlı qələbəni xalqımıza bəxş edənlərə minnətdarlığını bildirir.