Dünya Antidopinq Agentliyi 2020-ci il üçün antidopinq qaydalarının pozulması ilə bağlı hesabat dərc edib. Sport24.az xəbər verir ki, Rusiya reytinqdə ən çox qayda pozuntusuna əl atan ölkə kimi ilk sırada qərarlaşıb.

Hesablamalara əsasən maıum olub ki, rusiyalı idmançılar bu il ərzində 135 dəfə antidopinq qaydalarını pozub. Rusiyalılar arasında ən çox atletika yarışlarında mübarizə aparanlar dopinq qəbul edib. Onların sayı 40-dır. İkinci yerdə i17 qayda pozuntusu ilə pauerliftiqçilər qərarlaşıb.

Rusiyadan sonra ən çox dopinq qəbul edənlər isə Hindistan idmançılarıdır. Asiya ölkəsi 2020-ci ildə 59 dəfə qadağan olunmuş preparatlardan istifa ediblər. 3-cü yerdə isə 57 belə halla ABŞ idmançıları qərarlaşıb.

Ümumiyyətlə, 2000-ci ildə dünya üzrə 935 dəfə antidopinq qaydaları pozulub ki, burada da 91 ölkənin nümayəndələri və 67 idman növünün təmsilçiuləri müqəssir bilinib.