Polşanın Krakov şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, yarışın üçüncü günündə M4 və M5 yaş kateqoriyaları üzrə medalçılar bəlli olub.

Azərbaycanın usta cüdoçuları günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

M4 yaş kateqoriyası
-60 kq
Babək Hacıyev – qızıl medal

-100 kq
Emil Hüseynov – bürünc medal

M5 yaş kateqoriyası
-90 kq
Mübariz Cəfərov – bürünc medal