Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan təmsilçisi Fərhad Rəcəbli qızıl medal qazanıb.

 

O, M8 yaş kateqoriyası üzrə 90 kq çəkidə bütün rəqiblərinə qalib gələrək usta cüdoçular arasında dünya çempionatının 12-ci dəfə qızıl medalını qazanıb.