Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 73 kq çəkidə reytinq siyahısının ilk pilləsində azərbaycanlı Rüstəm Orucov yer alıb. Onun aktivində 5921 xal var.

Siyahının ikinci sırasında isə 5879 xalla yaponiyalı Haşimoto Soiçi yer alıb. Üçüncü sırada azərbaycanlı Hidayət Heydərovdur. Onun aktivində 4623 xal var.