Tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini artırılıb. Sport24.az xəbər verir ki, Olimpiya mükafatçısı bu haqda "Facebook" səhifəsində paylaşım edib.

Rüstəm Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən "Baş Leytenant" hərbi rütbəsinə layiq görüldüyünü bildirib. Orucov "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.