Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.  Sport24.az xəbər verir ki, avqustun 29-da iki cüdoşumuz tatami üzərinə çıxıb. 

Kişilərin yarışında 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk üç qarşılaşmada Çex Respublikası, Mavriki, Türkiyə cüdoçularını məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə Serbiya təmsilçisinə uduzan idmançımız təsəlliverici görüşə qatılıb. Fransalı Axel Klargetə məğlub olan Məmmədəli Mehdiyev dünya çempionatında 7-ci yeri tutub. 

Qadın cüdoçumuz Günel Həsənli (-70 kq) ilk görüşdə uduzaraq mundialda mübarizəni dayandırıb. Avqustun 30-da daha 2 cüdoçumuz Elmar Qasımov və Zelim Kotsoyev Yaponiya paytaxtında yarışlara qoşulacaq.