Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günü Azərbaycan təmsilçiləri üçün uğurlu olmayıb. Sport24.az xəbər verir ki, 66 kq çəkidə Nicat Şıxəlizadə üç rəqibini məğlub etsə də, 1/8 finalda misirli Məhəmməd Abdelmaugouda uduzub.  

Bu gün yarışan Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal şansını əldən veriblər. İlk yarış günündə mübarizə aparan Azərbaycanın üç təmsilçisi – Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Əliyeva Leyla da (hər ikisi 48 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.