Almaniyanın Hennef şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Sport24.az xəbər verir ki, toplanışda Avropanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çexiya, Serbiya və digər ölkələrin yığmaları qatılıb.
Hennef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.