Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sport24.az xəbər verir ki, yarışda ölkəmizi 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur.

Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) medal uğrunda yarışacaq.

Aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək. Artıq komandamız qitə birinciliyinə daha yaxşı hazırlıq üçün Sofiyaya yollanıb.