7-8 mayda Azərbaycanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət cüdo yığmaları beynəlxalq turnirlərdə iştirak edəcək.

Sport24.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında Avropa kuboku keçiriləcək. Turnirdə dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar. 2 gün davam edəcək yarışda Azərbaycan millisi qadınların mübarizəsində 6 idmançı ilə qüvvəsini sınayacaq.

Ölkəmizin turnirdə təmsil olunacağı komandaya məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək. Komandamız Sarayevoda bu cüdoçularla mübarizə aparacaq: 

-63 kq
Aytac Qardaşxanlı 
Nərgiz Hacıyeva 
Diana Şoranova 

-70 kq
Südabə Ağayeva 
Günel Həsənli 

-78 kq
Aytəkin Paşazadə

Fransanın Nanterre şəhərində gənclər arasında keçiriləcək Avropa Kubokunda 16 ölkədən 315 idmançı mükafatlar uğrunda mübarizə aparacaq. Ölkəmiz turnirdə 15 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycanı turnirdə gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədovun rəhbərlik etdiyi heyət təmsil edəcək.
Komandanın üzvlərini sizə təqdim edirik:

-60 kq
Nurlan Kərimli 
Turan Bayramov 

-66 kq
Qasım Vəlizadə  
Elvin Bağırov 

-73 kq
Məmmədrza Hacızadə 
Qədir Hüseynov 
Vüsal Qələndərzadə 
Ömər Qarayev 

-81 kq
Ömər Rəcəbli 
İsmayıl Zamanov 

-90 kq
Nihad Şıxəlizadə 
Vüqar Talıbov

-100 kq
Ruslan Nəsirli 
Sabir İsayev 

+100 kq
Kənan Nəsibov 
Hüseyn Məmmədov

Rumıniyanın paytaxtı Buxarest şəhərində də yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Dünyanın 25 ölkəsindən 363 idmançı medallar uğrunda mübarizə aparacaq.

Buxarestdə baş tutacaq yarışda 20 idmançımız iştirak edəcək. Baş məşqçi Rüstəm Alimlinin rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli yığma komandanın yarışda ölkəmizi təmsil edəcək üzvləri bunlardır:

-50 kq
Məhəmməd Məmişov 
Xalid Məmmədov 

-55 kq
Məhəmməd Musayev 
Şahin Oruczadə 
Nicat Süleymanlı 

-60 kq
Fikrət Nəcəfov 
-66 kq
Əbil Yusubov 
Nicat Nağıyev 
Mehdi Cəfərov 
Nihad Qaracayev

-73 kq
Süleyman Əliyev 
Əli Hacızadə 
Nahid Tarquliyev

-90 kq
Fərid Niyazov 
Tamerlan Cabbarov

+90 kq
Ramazan Əhmədov

Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Komandamızın üzvləri:

-44 kq
Xumar Qasımzadə 

-52 kq
Vüsalə Hacıyeva 

-57 kq
Fidan Əlizadə

+70 kq
Nigar Süleymanova