Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb. Sport24.az xəbər verir ki, bütün çəki dərəcələrində qalib gələn cüdoçular bunlardı:  

-60 kq Nəcəfov Yaşar -66 kq Səfərov Orxan -73 kq Vəliyev Telman -81 kq Fətiyev Murad -90 kq Mehdiyev Məmmədəli -100 kq Mirzəyev Aslan +100 kq Qəhrəmanov Şahin

Qadınlar -48 kq Əliyeva Ramilə -52 kq Məmmədova Zeynəb -57 kq Munxtsedev İçinxorloo -63 kq Qardaşxanlı Aytac -70 kq Həsənli Günel -78 kq Əmirli Nərmin +78 kq Zutova Gözəl

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə "Neftçi İdman Klubu" 1-ci yeri tutub. Sonrakı yerlərə "Judo 2012" və "Atilla" klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Xatırladaq ki, dekabrın 26-da komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.