Kişilərdən ibarət cüdo üzrə milli komandamız bu gün Avropa çempionatının keçirildiyi Bolqarıstanın paytaxtı Sofiyadan Vətənə qayıdıb. Sport24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçularımızı mətbuat və federasiya nümayəndələri, Gənclər və İdman Nazirliyinin əməkdaşları və digər şəxslər coşqu ilə qarşılayıblar.

​Cüdoçularımız Avropa çempionatda 1-i qızıl, 2-i bürünc olmaqla 3 medal qazanıblar.