Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 cüdoçu təmsil edəcək.

Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq.

Lissabona Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanıb.

Qeyd edək ki, Avropa çempionatı 16-18 apreldə olacaq. Nüfuzlu yarış Tokio Olimpiya Oyunlarına da lisenziya xalları baxımından önəmlidir. Qitə birinciliyi Avropa Cüdo Birliyinin eju.net saytı vasitəsilə canlı yayımlanacaq.