Noyabrın 23-də Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürəcək. Sport24.az xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan yığması da gücünü yoxlayacaq.

 

Avropa Kubokunda 8 çəki dərəcəsində 20 cüdoçumuz mübarizə aparacaq. Salonikidə ölkəmizin idman şərəfini Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hər üçü 60 kq), Ayxan Ələkbərov , Özqan Quliyev, Fəxri Sahibzadə (hər üçü 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq), Səid Hüseynov (90 kq), Sübhan Axundov, Tunar Fərzəliyev və Cavidan Məsimov (hər üçü +90 kq) qoruyacaqlar.

 

Qeyd edək ki, yarışa 30 ölkədən 476 idmançının qatılacağı gözlənilir.