22 yaşadək boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Sport24.az xəbər verir ki, əsas yığmamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Bir gün öncə başlayan toplanış 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.