ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib. Sport24.az xəbər verir ki, hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Bu barədə görüş bitdikdən sonra elan verilib və tərəflər bu qərardan narazı qalıb. Qələbəni özünün qazandığına əmin olduğunu açıqlayan Tayson görüşün ardından rinqi qalmaqalla tərk edib. O, 10 milyon dollar qazandığı döyüşdəki nəticə ilə qəti razı olmadığını vurğulayıb. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.
Qeyd edək ki, Tayson 2005-ci, Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.