Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçuları beynəlxalq arenada növbəti uğurlarına imza atıblar. Sport24.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin üzvləri Ukraynanın Odessa şəhərində fərqləniblər. Boris Litvakın xatirəsinə həsr olunan yeniyetmələr arasında keçirilən 4-cü beynəlxalq turnirdə azərbaycanlı iki boksçu iştirak edib. Arif Bayramov 46 kq, Amil Musayev 57 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Hər iki idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. “Qəbələ”nin çalışdırıcısı Ramiz Mirkamalov turnirin ən yaxşı məşqçisi adına layiq görülüb.