Peşəkar boks üzrə sabiq dünya çempionu Mayk Tayson supeağır çəkidə hazırda yaranan rəqabət şəraitinə münasibət bildirib. Sport24.az xəbər verir ki, əfsanəvi əlcək ustası həmçinin Entoni Coşua ilə Deontey Uaylder arasında mümkün döyüş haqda proqnozunu səsləndirib: “Superağır çəkidə hazırkı mübarizəni izləmək xoşuma gəlir. İndi bu kateqoriyada əsl rəqabət gedir. Doğrudur, boksçuların əksəriyyəti bir-birilə qarşılaşmaqda o qədər də maraqlı deyil. Amma divizion liderlərinin görüşünü arzulayırıq. Məsələn, Usiklə Tayson Fyuri arasında görüşü izləmək istəyirəm. Böyük məmnuniyyətlə, Coşua – Uaylder qarşıdurmasına baxarıdm. Mənə elə gəlir ki, bu görüş baş tutsa, Deontey nokautla qalib gələr. O, Coşuanı yerə sərər”.