Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, mundialın ikinci gününün gündüz seansında Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub.

Boksçumuz Malik Həsənov 1/32 final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb.

Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.