Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 176 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. Əmək və əhalinin sosial müdafiəsi naziri 86 kq çəki dərəcəsində ilk 3 yerin sahibini və birinciliyin ən yaxşı boksçusu Fətəli İsmayılovu mükafatlandırıb.

Həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” İdman Klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (12) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan birinciliyi
VI günün nəticələri
Final

48 kq
Kənan Babayev (“Təhsil” RİM) – Tural Sarıyev (“Neftçi” İK) – 4:1

51 kq
Amin Məmmədzadə (“Təhsil” RİM) – Elgün Babayev (“Təhsil” RİM) – 5:0

54 kq
Kamil Babayev (“Təhsil” RİM) – Mətin Məmmədov (DİN İC) – 5:0

57 kq
Arif Bayramov (“Təhsil” RİM) – Nadir Məlikov (“Təhsil” RİM) – 5:0

60 kq
Aslan Quliyev (“Neftçi” İK) – Tacı Tağızadə (“Təhsil” RİM) – 4:1

63,5 kq
Zaur Qəhrəmanov (Lənkəran) – Tamerlan Əliyev (METE) – birinci qalib gəlib

67 kq
Səid Abdullayev (“Neftçi” İK) – Şəmsi Şahbazov (MOİK) – 5:0

71 kq
Daniel Xolostenko (“Qızıl əlcək” İK) – Sənan Hətəmov (RİM-1) – 3:2

75 kq
Ənvər Babayev (“Təhsil” RİM) – Fəqan Məmmədov (MOİK) – 5:0

80 kq
Sərxan Budaqov (“Təhsil” RİM) – Ramiz Əsgərov (Siyəzən) – 5:0

86 kq
Fətəli İsmayılov (DİN İC) – Elay Səmədov (“Təhsil” RİM) – birinci tam üstünlüklə qalib gəlib

92 kq
Məmməd Quliyev (Tərtər) – Rəşid Məmmədov (“Neftçi” İK) – 5:0

+92 kq
Səbuhi Əlizadə (“Təhsil” RİM) – Fərid İsmayılov (“Garpa Renzo” İK) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar
48 kq
1. Kənan Babayev (“Təhsil” RİM)
2. Tural Sarıyev (“Neftçi” İK)
3. Tofiq Quliyev (“Qəbələ” İK)
3. İlkin Qasımov (FHN İK)

51 kq
1. Amin Məmmədzadə (“Təhsil” RİM)
2. Elgün Babayev (“Təhsil” RİM)
3. Nihat Tağızadə (“Qızıl əlcək” İK)
3. Elsevər Abdullayev (“Neftçi” İK)

54 kq
1. Kamil Babayev (“Təhsil” RİM)
2. Mətin Məmmədov (DİN İC)
3. Mahir Süleymanov (UGM-11)
3. İbrahim Əliyev (ROİL)

57 kq
1. Arif Bayramov (“Təhsil” RİM)
2. Nadir Məlikov (“Təhsil” RİM)
3. Seyidəli Bayramov (UGM-13)
3. Əli Ağayev (UGM-7)

60 kq
1. Aslan Quliyev (“Neftçi” İK)
2. Tacı Tağızadə (“Təhsil” RİM)
3. Rəvan Qasımlı (DİN İC)
3. Tural Həsənov (Abşeron)

63,5 kq
1. Zaur Qəhrəmanov (Lənkəran)
2. Tamerlan Əliyev (METE)
3. Qasım Qasımov (“Neftçi” İK)
3. Elsevər Gülbalayev (Siyəzən)

67 kq
1. Səid Abdullayev (“Neftçi” İK)
2. Şəmsi Şahbazov (MOİK)
3. Taleh Qasımoğlu (Z-1)
3. Qulu Quliyev (“Təhsil” RİM)

71 kq
1. Daniel Xolostenko (“Qızıl əlcək” İK)
2. Sənan Hətəmov (RİM-1)
3. Murad Xəlilov (Gəncə)
3. Lətif Həsənov (“Sərhədçi” İK)

75 kq
1. Ənvər Babayev (“Təhsil” RİM)
2. Fəqan Məmmədov (MOİK)
3. Rəvan Rzayev (“Sərhədçi” İK)
3. Rza Rzazadə (“Gömrükçü” İK)

80 kq
1. Sərxan Budaqov (“Təhsil” RİM)
2. Ramiz Əsgərov (Siyəzən)
3. Kənan Səlimov (Tərtər)
3. Əli Malikov (Astara)

86 kq
1. Fətəli İsmayılov (DİN İC)
2. Elay Səmədov (“Təhsil” RİM)
3. Fazil Rəhimov (MOİK)
3. İbad Mirzəyev (UGM-13)

92 kq
1. Məmməd Quliyev (Tərtər)
2. Rəşid Məmmədov (“Neftçi” İK)
3. Aslan Mövsümov (DİN İK)
3. Mehrac Tağıyev (MOİK)

+ 92 kq
1. Səbuhi Əlizadə (“Təhsil” RİM)
2. Fərid İsmayılov (“Garpa Renzo” İK)
3. Aqil Heydərov (MOİK)
3. Nurlan Əlibəyli (Şirvan)