Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycan millisinin daha bir üzvü 1/4 finala yüksəlib.

Boksçumuz Kamil Babayev (54 kq) Krobeddu Fabionu (İtaliya) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında belaruslu Vladislav Smalovski ilə üz-üzə gələcək.

Babayevdən fərqli, Zaur Qəhrəmanov (60 kq) Slavador Floresə (İspaniya), Qulu Quliyev (63,5 kq) Andrey Mustetə (Rumıniya) uduzaraq, yarışla vidalaşıblar.

Qeyd edək ki, oktyabrın 20-də baş tutacaq 1/4 final mərhələsi çərçivəsində yığmamızın 5 boksçusu rinqə çıxacaq.