Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. Sport24.az saytı xəbər verir ki, Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.  

81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Allahverdiyev rəqibini 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.