Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. Sport24.az xəbər verir ki, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq. Bu barədə boks federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

Kişilər 14 mart 1/32 final 75 kq Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

1/16 final 57 kq Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

15 mart 1/16 final 63 kq Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

91 kq Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

16 mart 1/16 final 69 kq Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)

1/8 final 52 kq Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)

17 mart 1/8 final 81 kq Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)

18 mart 1/8 final +91 kq Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

Qadınlar 1/16 final 14 mart 51 kq Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

17 mart 1/8 final 57 kq Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)

75 kq Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)