Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sport24.az verilən məlumata görə, IBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.

O, səfər zamanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və ABF-in prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın məşqçiləri ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.

Qeyd edək ki, IBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.