Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, Vaqif Şirinovun komandası növbəti təlim-məşq toplanışı üçün Sumqayıtda bir araya gəlib.

Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərə aprelin 21-dən başlanılıb və mayın 4-də yekun vurulacaq.

Toplanış Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır. Rusiyadakı yarış mayın 5-12-də olacaq.