Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Sport24.az xəbər verir ki, 78 ölkədən 365 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.

Millimizin heyətində 4 boksçumuz 1/32, digər 4-ü 1/16 finaldan yarışa qoşulacaqlar.

Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

9 sentyabr 1/32 final 75 kq. Amin Kuşkov – Nursahat Pazziyev (Türkmənistan)

11 sentyabr 1/32 final 57 kq. Tayfur Əliyev – Tiaqo Puqno (İsveçrə)

12 sentyabr 1/32 final 63 kq. Bəxtiyar Qazıbəyov – Safyullin (Qazaxıstan)

13 sentyabr 1/32 final 69 kq. Lorenzo Sotomayor – Yason Mallya (Avstriya)

14 sentyabr 1/16 final 52 kq. Məsud Yusifzadə – Səid Mortaji (Mərakeş)

15 sentyabr 1/16 final 81 kq. Dominqes Alfonso – Qazimaqomed Calidov (İspaniya)/Aleksa Markoviç (Serbiya) 91 kq. İsmayıl Yaqubov – Marat Xihoryan (Ukrayna)

16 sentyabr 1/16 final +91 kq. Məhəmməd Abdullayev – Danabieke Bayıkevuzi (Çin)