Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.  Sport24.az xəbər verir ki, mərasimdə Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Milli üzvlərindən beşi mübarizəyə 1/16 finaldan qoşulacaqsa, digər beşinin debütü 1/8 finala təsadüf edəcək.

Bu gün start götürəcək birinciliyin ilk günündə 4 boksçumuz rinqə çıxacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin döyüşləri sentyabrın 4-8-də, yarımfinal görüşləri ayın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə sentyabrın 10-da bilinəcək.

4 sentyabr 1/16 final Maqsud Xasmetov (52 kq) – Samet Gümüş (Türkiyə) Eldar Babayev (60 kq) – Killian Karti (İrlandiya) Rəşid Həsənov (64 kq) – Simon Vollmer (Almaniya) Səlim Səlimov (69 kq) – Qaran Qroft (Uels)

5 sentyabr 1/16 İqor Platov (75 kq) – Valeri Razmerita (Moldova)

1/8 final Ruslan Qədirov (49 kq) – Uiliam Hevitt (İngiltərə) Murad Allahverdiyev (81 kq) – Stoil Stanoyev (Belarus) Fuad Cəfərov (+91 kq) – Viçenzo Fiasçetti (İtaliya)

6 sentyabr 1/8 final Əzrək Bəbirov (56 kq) – Bill Unsvort (Uels)/Selim Bouayta (Fransa) Əsəd Baxşıyev (91 kq) – Jumka Jaiani (Gürcüstan)