Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, 7 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan milli komandası da mübarizə aparıb.

Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar. Belə ki, 46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

N. Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.

Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər.