Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdov qızıl medal qazanıb.

Sport24.az xəbər verir ki, soydaşımız Gürcüstana çempionatda 48 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb.

Xatırladaq ki, Sahil Allahverdov daha öncə AÇ-də Ermənistan təmsilçisi Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlmişdi – 5:0.