"Zirə" UEFA Konfrans Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov bildirib.

Onun sözlərinə görə, komanda ev matçlarını "Dalğa Arena"da oynayacaq.

Xatırladaq ki, "Zirə" 5 il əvvəl avrokuboklarda debüt mövsümündə də Mərdəkandakı bu stadionda çıxış etmişdi.