Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin ilk yoxlama oyununun vaxtı müəyyənləşib.

Sport24.az xəbər verir ki, “qartallar”ın Rumıniyanın 1-ci Liqasında çıxış edən “Hermanştadt”la sınaq matçı iyunun 29-da baş tutacaq.

“Zirə” 2 həftəlik toplanış dövründə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqibin kimliyi hələlik bilinmir.

“Zirə” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda, cavab görüşü iyulun 28-də Təl-Əvivdə keçiriləcək.