"Zirə"nin legioneri Nemanya Ancelkoviç zədələnib.  Sport24.az xəbər verir ki, 24 yaşlı serbiyalı müdafiəçi "Qələbə"yə qarşı keçirdikləri Premyer Liqanın XIII tur matçında xəsarət alıb.

Serbiyalı oyunçu ilk hissənin ortasında meydanı xərəkdə tərk edib. Ancelkoviçin yerinə oyuna Cəlal Hüseynov daxil olub.

Qeyd edək ki, həmin anda hesan açılmamışdısa, hazırda meydan sahibləri 1:2 uduzur.