"Zirə"nin yeni transferi Rüfət Abdullazadə komandanın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb. Sport24.az bu barədə kluba yaxın mənbədən məlumat əldə edib.
24 yaşlı yarımmüdafiəçi şəxsi səbəblərdən hazırlıq prosesinə qoşula bilməyib.
Qeyd edək ki, "Zirə" Rüfət Abdullazadəni sonradan transfer etmək şərti ilə cari mövsümün sonunadək Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülüb.