"Zirə"nin fransalı futbolçusu Brahim Konate Sport24.az saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa matçı ilə bağlı fikirlərini bölüşüb.
Fransanın U-20 yığmasında altı matçda meydana çıxmış oyunçu qarşılaşmanı izləyəcəyini söyləyib:
"Düşünürəm ki, maraqlı oyuna şahidlik edəcəyik. Baxmayaraq ki, Fransa final mərhələsinə vəsiqəni artıq təmin edib. Heyətdə yetəri qədər yaxşı futbolçuları var. Məncə, Parisdəki ilk qarşılaşmada da Azərbaycan millisi pis təsir bağışlamadı. Hətta yaxşı mübarizə də apardı".
Qeyd edək ki, noyabrın 16-da Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa görüşü saat 21:00-da başlayacaq