"Mingəçevir"lə oyun çox ağır keçdi. Qazonunu bərbad olması və heyətdəki itkilərə görə çox əziyyət çəkdik". Bu sözləri Sport24.az-a açıqlamasınsa "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.


Məmmədovun fikrincə, hakimlər komandasının təmiz qollarını qeydə almayıb və ona "qırmızı" verməklə haqsızlığa yol verib: "Mən heç vaxt hakimlik haqqında danışmamışam. Amma Mingəçevirdə ədalət təmsilçisi ədalətsiz qərarları ilə məni hövsələdən çıxardı, səbr kasam doldu. 90-cı dəqiqədə qaydalar çərçivəsində vurğumuz qolu baş hakim qeydə almamaqla biz qarşı haqsızlıq etdi. Narazılığımı bildirəndə isə texniki zonadan qovdu. almadı. Epizoda dəfələrlə baxdım, təmiz qol idi. Referi bizi qələbədən etdi. Acı reallıq odur ki, hakimlər əksər oyunlarda komandaların haqqını yeyirlər. Deyiləcək çox şey olsa da, nə deyəcəyimi bilmirəm".


Baş məşqçi cari mövsümdə uğursuz çıxış etmələrini heyətin kasad olması ilə əlaqələndirib: "Pis-yaxşı sponsorumuz var. Bəzi zəruri ehtiyaclarımızı həll etmişik. Amma sponsor bizə gec gəldi. Bunun nəticəsidi ki, heyətimizi gücləndirə bilmədik. Ona görə də mövsmümü kasad heyətə keçirmək məcburiyyətindəyik. Qarşıda 2 oyun var. Bu görüşlərdə maksimum nəticə qazanıb, mövsümü 6-cı pillədə başa vurmaq istəyirik".

 


Qeyd edək ki, XXV turdan sonra aktivində 27 xal olan "Zaqatala" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb

ABDULLA İSMAYILOĞLU