Yunanıstan millisinin keçmiş futbolçusu Teofanis Gekas məşqçi kimi Azərbaycanda işləyə bilərmiş. Sport24.az-ın əldə etdiyi məlumata görə, veteran futbolçu "İmişli"də çalışmaya müsbət yanaşıb.

 

Hətta o, aylıq 10 min dollara razı olub. Mütəxəssis özü ilə ölkəsindən bir köməkçi gətirmək üçün qarşı tərəfə məlumat göndərib.

 

Lakin Premyer Liqa təmsilçisi Gekas üzərində dayanmayıb.

 

Qeyd edək ki, Gekas karyerası ərzində ölkəsində "Panatinaikos", Almaniyada "Bayer" (Leverkuzen), "Herta" (Berlin), "Ayntraxt", İspaniyada "Levante", həmçinin Türkiyədə "Konyaspor" , "Əskişəhərspor", "Akhisar Bələdiyyəspor" və "Sivasspor" kimi komandalarda çıxış edib.