Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

Sport24.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda hazırda 1146,72 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460,14 xalla 45-ci yeri tutub. Siyahıya 1831,30 xalla Braziliya başçılıq edir.