“Neftçi” Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün oyunöncəsi son məşqə çıxıb.

“Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesində zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular, o cümlədən yeni transfer - xorvatiyalı qapıçı İvan Brkiç də iştirak edib.

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” sabah toplanış çərçivəsində sonuncu sınaq matçını keçirəcək. Flaqman Bakı vaxtı ilə saat 16:00-da Polşanın “Qurnik Lençna” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, Samir Abasovun komandası yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə üz-üzə gəlib.