Əlcəzair millisinin futbolçusu Yassin Benzia mövsümün sonunda "Qarabağ"dan ayrılmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Maghreb Foot" məlumat yayıb.
Bildirilib ki, təcrübəli yarımmüdafiəçi Azərbaycandakı karyerasını sonlandırmaq qərarına gəlib. Onun yeni macəra axtarışında olduğu yazılıb.
Oyunçu hazırda Tunisin "Esperance" klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Benzia 2023-cü ildən "Qarabağ"da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 48 matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.