Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, 301 klubun yer aldığı siyahıda yalnız "Qarabağ" yer alıb.

Belə ki, Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib və 145,5 xalla 78-ci olub.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə mox geriləıyərək, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Onu da bildirək ki, sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) başçılıq edir.