Bu gün Azərbaycan 2-ci liqasında 11-cu tura yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun gününə 3 matç nəzərdə tutulub.

 

"Xankəndi" doğma meydanda "Şirvan"a qalib gələrək turnir cədvəlində liderliyini təmin edib. Şəmkir təmsilçisi "Kür-Araz"ı minimal hesabla məğlub edib. "Ağdaş" isə rəqibindən 2 cavabsız qolla üstün olub.

 

2 dekabr (çərşənbə axşamı)

 

14:00. "Xankəndi" - "Şirvan" - 5-1

Qollar: Elmar Rəhimov, 30; Elməddin Hüseynzadə, 45+1; Tural Qurbatov, 64; Hüseyn Hüseynli, 87; Bəhruz Teymurov, 90 // Nurlan İsayev, 71

Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli

Palms Sports Arena

 

14:30. "Şəmkir" - "Kür-Araz" - 1-0

Qol: İlkin Əliyev, 70

Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev, Rövşən Əhmədov

Şəmkir OİK stadionu

 

14:30. "Ağdaş" - "Göygöl" - 2-0

Qollar: Vasif Nəsirov, 75; Araz Kərimxanov, 82

Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov

Ağdaş şəhər stadionu