Çexiyanın "Viktoriya” klubunun futbolçusu Yan Kliment Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə danışıb. Sport24.az xəbər verir ki, Plzen təmsilçisinin və Çexiya millisinin 29 yaşlı forvardı Azərbaycan çempionunun güclü rəqib olduğunu bildirib: "Ancaq eyni zamanda dördüncü dəfə qrupda mübarizə aparmaq arzusundayıq. Bunun baş verməsi yaxındı, amma bir o qədər də uzaqdı. “Qarabağ”la oyunlar mövsümün ən vacib iki dueli olacaq. Hamımız qrupa düşməyi çox istəyirik. İki görüşün yekununda uğur qazanacağımıza ümid edirik”.

"Viktoriya" bunadək 2011/12, 2013/14 və 2018/19 mövsümlərində ÇL-in qrupunda çıxış edib. 

Qeyd edək ki, “Qarabağ”ın bu rəqiblə ilk oyunu avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.