"Qarabağ"a bu gün uğurlar arzu edirəm. İnşallah, pley-offa vəsiqə qazanarlar. Amma müsahibəmdə demişdim ki, "Qarabağ" həlledici mərhələyə keçə bilməyəcək". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

 

"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"u qəbul edəcək. Veteran futbolçu matçın start fitinə saatlar qalmış matçla bağlı fikirlərini bölüşüb:

"Mənim proqnozum heç vaxt düz çıxmır. "Lion" qalib gələcək. Qoy, belə deyim ki, tərsinə olsun (gülür). Futboldur, "Qarabağ" qalib gələ də bilər. Bir təmsilçimiz var, gözləyək. "Bodo Qlimt"lə oyunda uğurlu çıxış etdilər. Rəqib də güclü komanda idi. Matçın sonunda Qurban Qurbanov əli ilə buna işarə etdi. Açığı biraz da bəxtimiz gətirdi".