"Komanda çox yaxşı çalışır. Oyundan oyuna özünəinam artır. Bunu vurğulamaq lazımdır. Eyni ruhda davam etməliyik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Vensan Abubakar deyib.
Təcrübəli hücumçu komandasının Misli Premyer Liqasının 26-cı turunda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib:
"Qarşıdakı hər matça final kimi yanaşmalıyıq. Bu oyunda 1 hücumçu ilə oynayırdıq. Bunun çətin tərəfləri də var. Hər qarşılaşmadan sonra səhvlərimizi təhlil edirik. Bunu yaxşılaşdırmaq olar. Məşqlərdə qapı önündə zərbələr üzərinə daha çox işləməliyik. Qarşıdan gələn oyunların hər biri bizim üçün final kimi olacaq. Biz "Neftçi"yik və bunu meydanda göstərməliyik".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 27-ci turunda öz meydanında "Araz-Naxçıvan"la qarşılaşacaq.