"CBC Sport"un Premyer Liqamızın XXVI turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını Süleyman Vəliyev şərh edəcək. Söhbət bu gün saat 18:00-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Sumqayıt" matçından gedir. Bundan sonra - saat 20:15-də "ASCO Arena"da başlayacaq "Səbail" - "Neftçi" görüşünü Rüstəm Əfsərli şərh edəcək.

Sabah "Zirə" - "Qəbələ" oyununda Nurlan Valehoğlu şərhçi olacaq. Zirə Olimpiya Kompleksindəki bu qarşılaşma saat 18:00-da start götürəcək. Tura yekun vuracaq "Sabah" - "Qarabağ" qarşılaşmasını Pərviz Musayevin şərhində izləcəyik. Bu, sabah saat 20:15-də "Bank Respublika Arena"da olacaq görüşdü.